HAQQIMIZDA

Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AMEA Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. 1999-cu ilə qədər Mərdəkan Dendrarisi (hazırkı AMEA Dendrologiya İnstitutu), 2000-ci ilə qədər Nəbatat bağı şöbəsi (hazırkı Mərkəzi Nəbatat Bağı), 2016-cı ilə qədər Bioloji proseslərin fundamental problemləri şöbəsi (hazırkı AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu) Botanika İnstitutunun nəzdində fəaliyyət göstərmişdir.

Ətraflı